Şrift:
Azərbaycan Ordusunun 5 əsgəri şəhid olub
06.06.2012 [10:45] - Hərb
Ermənistanın təxribatçı qrupu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd edib.Cəbhə xəttində erməni təxribaütının qarşısı alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 1168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed