Şrift:
Avropa İttifaqı Şurası estoniyalı diplomat Toyvo Klaaranı Cənubi Qafqaz üzrə Aİ-nin xüsusi nümayəndəsi təyin edib
14.11.2017 [10:20] - Gündəm, Siyasət
Bu gün Avropa İttifaqı (Aİ) Şurası estoniyalı diplomat Toyvo Klaaranı Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Aİ-nin xüsusi nümayəndəsi təyin edib.

Xüsusi nümayəndənin səlahiyyətlərinə Gürcüstanda və Dağlıq Qarabağda böhranın sülh yolu ilə nizama salınması, həmçinin regional əməkdaşlığın inkişafı məsələləri daxildir.

Xüsusi nümayəndə 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin yekunlarına dair Cenevrədə keçirilən beynəlxalq danışıqlarda iştirak edir və həmin danışıqlarda həmsədr vəzifəsini yerinə yetirir.

T.Klaar hazırda Avropa İttifaqının diplomatik xidmətinin (EEAS) Orta Asiyadakı şöbəsinin rəhbəridir. Daha əvvəl o, Aİ-nin Gürcüstanda müşahidə missiyasının rəhbəri olub və EEAS-ın resurslar və planlaşdırma seqmentində çalışıb.

T.Klaar həmsədr vəzifəsində almaniyalı diplomat Herbert Zalberi əvəz edəcək. Xatırladaq ki, Zalber həmin vəzifəyə 2014-cü ilin iyulunda təyin edilib.

Aİ-nin Bosniya, Orta Asiya, Somali, Kosovo, Sahel və Cənubi Qafqazda, həmçinin Gürcüstan böhranı üzrə və Yaxın Şərq sülh proseslərində xüsusi nümayəndələri, eləcə də insan haqları üzrə xüsusi nümayəndəsi var.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed