Şrift:
Ərdəbilin inqilab məhkəməsində Güney Azərbaycan Milli hərəkat fəalı Abbas leysanının məhkəmə iclası keçirirlib
06.06.2012 [10:59] - Güney Azərbaycan xəbərləri
İyun ayının 5-i Abbas bəy Leysanlının məhkəmə iclası Ərdəbilin inqilab məhkəməsinin 5-ci şöbəsində hakim Xəndistani başçılığı ilə keçirilib.

Bu məhkəmədə Abbas Leysanlı :

1-Nizama qarşı təblğat, şəhrivər ayının 21 də Urmu gölünun qurumasıyla əlagəli çeşidli bildirilərin şəhərdə dağıdımı və milləti nizamın əleyhinə aksıyalara dəvət etmək.

2-Təşkilatlar quraraq nizamın və ölkənin subutun bozmaq, və sulduzda 85 xurdadda öldürülən şəxslərin məzarı üstə çıxış etmək və habelə Savalan dağı mərasimində çıxışı və başqa merasimlərdə iştirak etmək .

3- 1389-cu ildə sulduz mərasimində yaxalandığı zaman ittilaat idarəsinin sirrlərini eldə etmək üçün çaba göstərməklə ittiham edildi. məhkəmə iclasında Abbas Leysanlı vurulan bütün ittihamları rədd edərək, Azərbaycan millətinin huququnu hər zaman mudafiə edəcəyini vurğuladı.

Abbas bəy Leysanlı, məhkəmənin iclasının sonunda söylədi:" Bütün bu iclaslar İtillaat idarəsiinin əmri və göstərisi ilə keçirilir. Təkadamlıq kamerada saxlanıldığımda mənə tez- tez məmurlar söyləyirdilər ki, biz istərsək sənin 15 illik azadlıqdan məhrum edərək, İranın Zahidan kimi uzaq bir şəhərinin zindanda da saxlaya bilərik. İndi mən İttilaat məmurlarının o sözlərini məhkəmədə cavablayıram. Zindanda olduğum zaman vicdanım çox rahat və dincdir. Bilirəm ki, zalimliyə qarşı mübarizə etdiyim üçün əsir düşmüşəm. Bu yolda ölümü isə sizin qara zindanlarınızdan uçuş və dünya qəddarlığından azad olmaq kimi dəyərləndirirəm."
Məhkəmə iclası saat 13:30 qədər dəvam etdi.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed