Şrift:
“Traxtur” Asiya Çempionlar Liqasına vəsiqə qazandı
14.11.2017 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası Tehranın “Neft” takımını arxada qoyaraq Asiya Çempionlar Liqasına vəsiqə qazanıb.

İran Klublarına Peşəkarlıq Vəsiqəsi verən Komitə bazar günü keçirdiyi iclasda Azərbaycanın “Traxtur” və Tehranın “İstiqlal” və “Perspolis” komandalarına peşəkarlıq vəsiqəsi verərək onların Asiya Çempionlar Liqasına qatılmasını qətiləşdirib.

Tehranın “Neft” komandası isə bu oyunlara yol tapa bilməyib, onu İsfahanın “Zob ahən” komandası əvəz edib.

İranın Asiya oyunlarında 3+1 səhmini nəzərə aldıqda “Traxtur”, “İstiqlal” və “Perspolis”in Asiya Çempionlar Liqasına qatılacağı qətidir, lakin “Zob ahən” komandası bunun üçün hələ Play-off mərhələsində iştirak etməlidir.

Əslində “Traxtur” komandası Play-off mərhələsini adladıqdan sonra Asiya Çempionlar Liqasına qatılmalı idi, lakin komitənin verdiyi vəsiqədən sonra komanda bir başa Asiya oyunlarında iştirak edəcək.

“Traxtur” komandası bundan öncə Asiya Çempionlar Liqasında 4 dəfə iştirak edib.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed