Şrift:
Ümumdünya Şəkərli Diabetə Qarşı Mübarizə Gününə həsr edilmiş beynəlxalq konfrans keçirilib
15.11.2017 [10:44] - Sağlıq
14 noyabr Ümumdünya Şəkərli Diabetə Qarşı Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Konfransın təşkilatçıları kimi Azərbaycan Diabet Cəmiyyəti, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi, Endokrinoloqlar Elmi Mərkəzi və digər ictimai endokrinoloji təşkilatlar çıxış ediblər.

Konfransı giriş sözü ilə Səhiyyə Nazirliyinin baş endokrinoloqu, tibb elmləri doktoru, professor Rafiq Məmmədhəsənov açıb.

Ukrayna Milli Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Boris Mankovskiy “Diabetik neyropatiya və ensefalopatiya”, tibb elmləri doktoru, professor Sənan Kərimov “ Psoriaz və metobolik sindrom” və Beynəlxalq Diabet Federasiyasının daimi üzvü, tibb elmləri doktoru Valeh Mirzəzadə “II tip şəkərli diabetdə insulinoterapiya” mövzusunda məruzə ediblər.

Müzakirə və sual-cavab şəklində keçən konfransda iştirak edən həkim-endokrinoloqlara sertifikatlar verilib.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed