Şrift:
Ərdoğan Qətərdə səfərdədir
15.11.2017 [10:49] - Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərə gedib. Türkiyənin dövlət başçısını Doha Beynəlxalq hava limanında Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl Аdiyyə, Türkiyənin Qətərdəki səfiri Fikrət Özər və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə prezidentin xanımı Əminə Ərdoğan, Baş Qərargah rəisi general Əbdülhəmid Güləm, Ədliyyə, Xarici işlər, İqtisadiyyat, Energetika və Təbii Sərvətlər, Gənclər və İdman nazirləri, habelə digər yüksək rütbəli məmurlar daxildir.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed