Şrift:
Ən çox deputatı olan parlamentlər - SİYAHI
15.11.2017 [10:53] - Xəbərlər, Siyasət
Parlament dövlət strukturu kimi ölkələrin qanunverici funksiyalarını reallaşdırır. Bəzi ölkələrdə parlament 2 palatadan ibarət olur və qanun layihələrini uzun prosuderlarla müəyyənləşdirir. Deputatların sayı həmin ölkələrin qanunvericiliyi, həmçinin, əhali sayı və s. ilə müəyyən olunur.

Ən çox deputatı olan ölkələrin siyahısını təqdim edirik.

Çin - Xalq Nümayəndələr Palatası – 1 palatalı ali qanunverici orqandır. Parlamentdə 2987 deputat var

İtaliya – Parlament İtaliya Deputatlar Palatası və Senatdan ibarətdir. Deputatlar Palatası 630, Senat isə 315 üzvdən ibarətdir. Ümumilikdə, qanunvericilərin sayı 930 nəfər təşkil edir.

Fransa – Bu ölkənin parlamenti 2 palatadan ibarət 925 qanunvericidən təşkil olunub. Fransa parlamentinin alt palatası Milli Məclis, üst palatası isə Senat sayılır. Alt palatada 577 deputat, üst palatada isə 348 senator var.

Hindistan – Bu ölkədə ali federativ qanunverici orqan ölkə prezidenti və Sansad adlanan 2 palatalı parlamentdən ibarətdir. Alt palata Lok Sabha adlanır və 545 deputatdan ibarətdir, üst palata isə 245 deputatdan təşkil olunub və Racya Sabha adlanır. Ümumilikdə, Hindistanda 790 deputat var.

Yaponiya – Gündoğar ölkənin parlamenti Nümayəndələr Palatası (alt) və Məşvərətçilər Palatasından (üst) ibarətdir. Nümayəndələr Palatasında 475, Məşvərətçilər Palatasında isə 242 deputat var. 717 qanunverici hakimiyyətin ikinci qolu funksiyasını icra edir.

Şimali Koreya - Xalq Məclisi bu ölkənin ali qanunverici orqanı kimi fəaliyyət göstərir. Xalq Məclisinin 687 deputatı var və hər 5 ildən bir yenilənir.

Rusiya – Şimal qonşumuzun parlamenti Federasiya Şurası və Dövlət Dumasından ibarətdir. Qanunverici strukturun 620 üzvü var ki, onlardan 170-i Federasiya Şurası, 450-si isə Dövlət Dumasının üzvüdür.

İndoneziya – Xalq Məşvərət Konqresi adlanan parlament iki palatadan – Xalq Nümayəndələr Şurası və Xalq Bölgə Nümayəndələrindən ibarətdir. Ümumilikdə hər iki palatada 620 deputat var.

Braziliya – Milli Konqres adlanan qanunverici orqan üst Federal Senatdan (81 yer) və Deputatlar Palatasından (513) ibarətdir. Ümumilikdə, Braziliyanın qanunverici orqanı 614 deputatdan ibarətdir.

Türkiyə - Böyük Millət Məclisi adlı tək palatalı ölkə parlamentində 550 deputat kürsüsü var.

ABŞ – Bu ölkədə qanunverici orqan iki palatalı Konqresdən təşkil olunub. Konqresin üst palatası Senat, alt palatası isə Nümayəndələr Palatasından ibarətdir. Senat 100, Nümayəndələr Palatası isə 435 konqresmendən təşkil olunub.
Bu xəbər oxucular tərəfindən 77 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed