Şrift:
İranın Qum şəhərində daha 5 “Sepah”çının cənazəsi torpağa tapşırılıb
15.11.2017 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın Suriya savaşında öldürülmüş daha 5 döyüşçüsünün cənazələri ölkəyə gətirilib.

Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən və həmin ölkənin müxtəlif bölgələrində baş verən qarşıdurmalarda öldürülən “Sepah”çılardan 4-ü “Fatimiyyun” briqadasının döyüşçüləri Əli Natiqi, Mustafa Hüseyni, Eyvəz Məhəmmədi və Rəsul Cəfəri, biri isə “Sepah”ın axund Mahmud Tağıpurdur.

Hər 5 “Sepah”çının cənazəsi ölkəyə gətirilərək noyabrın 14-də İranın Qum şəhərində torpağa tapşırılıb
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed