Şrift:
prof.Səbri Təbrizi: “Ermənistan Güney Azərbaycanın müstəqil dövlətə çevrilməsi qorxusu ilə yaşayır”
06.06.2012 [11:48] - Güney Azərbaycan xəbərləri
Bu gün və gələcəkdə də İran rejimi Ermənistanı bütün məsələlərdə dəstəkləyəcək.

Bu sözləri Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sədri, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi İran-Ermənistan münasibətlərini şərh edərkən bildirib.

“Qarabağ müharibəsi başlayarkən İran bizim yox, Ermənistanı dəstəklədi. İndi həmin siyasət davam etməkdədir. Üstəlik, hər iki dövləti Güney Azərbaycan amili narahat edir. Ermənistan Güney Azərbaycanın müstəqil və azad bir dövlətə çevrilməsi qorxusu ilə yaşayır”, - deyə Qulamrza Səbri Təbrizi qeyd edib.

Professor onu da əlavə edib ki, Azərbaycanın inkişafı İranı bərk narahat edir və İran bunun qarşını müxtəlif yollarla almağa çalışır.

“Amma, İran və Ermənistan Azərbaycanın inkişafının qarşını ala bilməyəcəklər və Azərbaycan bölgənin lideri dövlətidir”, - deyə professor bildirib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed