Şrift:
“Azərbaycanı Atatürk satdı” deyənlərə tutarlı cavab – Təfərrüatı 97 il öncə yazılan məktubda
15.11.2017 [11:11] - Xəbərlər, Türk dünyası-Turan
Mustafa Kamal Atatürk Türkiyə Böyük Millət Məclisinin rəisi seçiləndən sonra xarici siyasət sahəsində ilk məktubu 1920-ci il aprelin 26-da SSRİ rəhbərliyinə yazıb. Məktubun Kazım Qarabəkir Paşanın təklifləri əsasında hazırlandığı deyilir. Məktub son dərəcə məxfi olduğundan onu ünvanına teleqrafla yox, əlbə-əl verilməsi nəzərdə tutulur. Bunun üçün məclis rəisi bu işi Kazım Qarabəkir paşaya həvalə edir...

“Atatürk Azərbaycanı bolşeviklərə satıb” deyə səsləndirilən fikirlərə bu məktub tutarlı cavabdır. Məktubun yazıldığı tarix ortadadır - 26 aprel 1920-ci il, bolşeviklərin Azərbaycan Cümhuriyyətini işğal etdiyi tarix isə 28 aprel 1920-ci il. Yəni Azərbaycanın bolşeviklər tərəfindən iğşal edilməsindən iki gün öncə yazılıb o məktub. Qeyd olunduğu kimi, məktub teleqrafla yox, şəxsi olaraq göndərilir. Belə olduğu halda Ankaradan yola çıxan şəxs iki günə Moskvaya yetişə bilərdimi? Təbii ki, xeyr! Bu məsələnin bir tərəfi. İkincisi də, məktubda səsləndirilən “...Azərbaycan hökumətini də bolşevik zümrəsi çevrəsinə daxil etməyi öhdəsinə götürür” kimi fikir qaragürühçulara əsas verir ki, elə desinlər. Lap elə Atatürk məktubunda ona bənzər fikir səsləndirsə də, faktiki olaraq Azərbaycanı bolşeviklərə Atatürk SATMAYIB.

O zaman demək ki, “Atatürk Azərbaycanı bolşeviklərə” satdı deyə səsləndirilən fikirlər tamamilə yanlış və mənasızdır. Bolşeviklər Azərbaycanı işğal etmək üçün yola çıxanda nə Böyük Millət Məclisi açılmışdı, nə də Mustafa Kamal Məcslinin rəisi seçilmişdi. Yəni burada tarix də öz sözünü deyir.

Enter.News Arif Əliyevin “Yalama” kitabından əldə etdiyimiz həmin məktubu təqdim edir:

1. İmperialist hökumətlər əleyhinə hərəkatı və onların əsarətində olan məzlum insanların qurtulması məqsədini hədəf tutan bolşevik ruslarla birgə çalışmanı qəbul edirik.

2. Bolşevik qüvvətləri Gürcüstan üzərinə əsgər yeridərlərsə, yaxud təqib edəcəkləri siyasət, göstərəcəkləri təsir və nüfuzla Gürcüstanın da bolşevik ittifaqına daxil olmasını və içəridəki ingilis qüvvələrini çıxarmaq üzrə bunlar əleyhinə hərəkətə başlamasını təmin edərlərsə, Türkiyə hökuməti imperialist erməni hökuməti üzərinə əsgər yeritməyi və Azərbaycan hökumətini də bolşevik zümrəsi çevrəsinə daxil etməyi öhdəsinə götürür.

3. Milli torpaqlarımızı işğal etmiş imperialist qüvvələri qovmaq və im perializm əleyhinə mücadil ortaqlığımızı yaratmaq üçün daxili qüvvələrimizi təşkilatlandırmaq üzrə hələlik ilk hissə olaraq beş milyonluq qızılın, qərar verdiyiniz miqdarda cəbbəxananın, sair uyğun hərbi vəsaitin, səhiyyə məlzəmələrinin və yalnız Şərqdə hərəkət edəcək qüvvələr üçün ərzağın təmini Rus sovet Cümhuriyyətindən rica olunur. Yüksək ehtiramınızın və səmimi hisslərimizin qəbulunu rica edirik.

Ankara, 26 aprel 1920-ci il.

Böyük Millət Məclisinin rəisi Mustafa Kamal”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed