Şrift:
İran Rusiyadan “C-300” zenit-raket kompleksini satmadığı üçün təzminat tələb edib
06.06.2012 [11:53] - Güney Azərbaycan xəbərləri
“İran Rusiyadan “C-300” zenit-raket kompleksinin təchizatı ilə bağlı müqaviləni həyata keçirmədiyi üçün təzminat ödəməyi tələb edib”.Bu barədə İranın müdafiə naziri Əhməd Vahidi açıqlama verib. O bildirib ki, müqaviləyə əməl etmədiyi üçün İran Rusiyanı 2011-ci ilin sentyabr ayında Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edib: “ Bizim şikayətimiz hələ də araşdırılır”.
Qeyd edək ki, İranla Rusiya arasında bağlanmış “C-300” zenit-raket kompleksinin təchizatı ilə bağlı müqavilənin məbləği 800 milyon dollar həcmində dəyərləndirilib. 2010-cu ildə Rusiyanın prezidenti Dmitri Medvedev İrana “C-300”, döyüş təyyarələrinin və gəmilərin satışını qadağan edən fərman imzalayıb.
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed