Şrift:
Düşmənin 40 hərbiçisi öldürülülb - döyüşlər davam edir
06.06.2012 [11:56] - Gündəm, Hərb
Defence.az-ın hərbi mənbələrə istinadən verdiyi xəbərə görə, iyunun 4-dən iyiunu 5-nə keçən gecə Azərbaycan ordusunun kəşfiyyat qrupu Tərtər istiqamətində preventiv əməliyyat həyata keçirib. Yüksək rütbəli zabitin sözlərinə görə əməliyyat uğurla keçib. Tərtər cəbhə xəttindən ermənilərin cəbhə arxasına keçən xüsusi təyinatlılarımız düşmənin 40 yaxın əsgərini məhv edərək itkisiz Azərbaycan ordusunun başqa cəbhə sahəsindəki mövqelərinə çıxıb. Azərbaycan kəşfiyyatçılarının bu uğürlü əməliyyatına cavab olaraq Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. Düşmən ordumuzun mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı 11 erməni kəşfiyyatçısı məhv edilib və 1 nəfər əsir götürülüb. Azərbaycan Silahlı Qüvvələri 5 hərbi qulluqçusu şəhid olub. Qeyd edək ki bu döyüşlərdən öncə iyunun 3-dən 4-nə keçən gecə cəbhənin Berdavan və Çinarlı kəndi istiqamətində ermənilərin 3 əsgəri məhv edilib, 5 əsgəri və 1 zabiti yaralanıb. Hərbçılərimizin sözlərinə görə düşməm öz itkilərinin sayını gizlədir.
Bu xəbər oxucular tərəfindən 1587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed