Şrift:
Milli Məclisin bu iclasına Prezident Administrasiyasının əməkdaşları qatılır - SƏBƏB
16.11.2017 [10:17] - Hüquq
Sabah Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçiriləcək.

MM-in İnsan haqları komitəsinin təşkilatçılığı ilə keçiriləcək müzakirələrdə Prezident Administrasiyasının əməkdaşları, deputatlar, aidiyyəti qurumların təmsilçilərinin iştirakı gözlənilir.

Yeni qanun layihəsi 3 fəsil, 19 maddədən ibarətdir. Sənəd beynəlxalq cinayətlərin dairəsini müəyyən edir. Beynəlxalq cinayət kateqoriyasına təcavüz, soyqırımı, insanlıq əleyhinə və hərbi cinayətlər daxildir. Layihədə bu anlayışların mahiyyəti ətraflı izah olunur. Burada habelə universal yurisdiksiya, etnik təmizləmə, müharibə cinayətləri, beynəlxalq cinayətlərin qarşısının alınması və digər zəruri məsələlər ehtiva olunur. Sənəddə mühüm əhəmiyyət kəsb edən beynəlxalq cinayətlərin təqibetmə mexanizmi və digər vacib məqamlar da əksini tapıb.

Qanun layihəsinin qəbulu Xocalı soyqırımının törədilməsində təqsirli bilinən şəxslərin əməllərinə hüquq qiymət verilməsi baxımından da əhəmiyyətli hesab olunur.

Sənədin bu ilin fevralında MM-də təqdimatı keçirilib.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed