Şrift:
İrana hərbi hücumdan 5 dəqiqə sonra bütün bölgəni müharibə bürüyəcək
06.06.2012 [13:14] - Hərb
İsrailin təhlükəsizlik orqanı olan “Mossad”ın keçmiş rəhbəri Meir Daqan iyunun 4-də jurnalistlərə açıqlamasında Qərbin İrana mümkün hərbi hücumundan danışıb.

İrana hərbi hücumun əleyhinə olduğunu bildirən Meir Daqan deyib: “İrana hərbi hücumdan 5 dəqiqə sonra bütün bölgəni müharibə bürüyəcək. Hücum etmək çox asandır. Lakin heç kəs soruşmur ki, bu hücumdan 5 dəqiqə sonra nə baş verəcək. İrana hərbi hücumdan 5 dəqiqə sonra biz regional bir müharibə ilə üz-üzə qalacağıq.

Əgər mən inana bilsəydim ki, İranın nüvə proqramını bir hücumla 10 il geriyə atmaq olar, onda hücumun tərəfdarı olardım. Lakin nəzərə almaq lazımdır ki, İrana hücum yalnız bu ölkənin rəhbərlərini atom silahına yiyələnmək üçün qəti qərar qəbul etməyə təşviq edəcək”.
Bu xəbər oxucular tərəfindən 1302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed