Şrift:
Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə elmi-praktik konfrans keçirildi
07.06.2012 [01:58] - Güney Azərbaycan xəbərləri, MDH
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı Partiyası, Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzinin birgə əməkdaşlığı ilə Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə 5 İyun 2012-ci il tarixdə DAİM-in mərkəzi ofisində elmi-praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan GAMAC sədri, professor Qulamrza Səbri Təbrizi Azərbaycanın Qarabağ və Cənubi Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad etməsini bildirmiş, daha sonra çıxışında İrandakı hazırkı rejimə qarşı mübarizəyə işarə edərək “Səttarxan, Pişəvəri hərəkatının davamçılarının, indi də, küçələrdə milli haqları uğrunda mübarizə apardığını deyib. “Səttarxan, Pişəvəri davamçıları Təbrizdə, Zəncanda, Sulduzda, Ərdəbildə, Urmiyada küçələrdə azadlıq hayqırır. Bu gün də İran adlanan ölkədə Səttarxan, Pişəvəri ideyaları uğrunda mübarizə davam edir. İran rejimi azərbaycanlıların milli-mədəni hüquqlarını əlindən alıb. Amma, Azərbaycan xalqı mübarizəsini uğurla davam etdirib ideallarına çatacaq”.

Daha sonra S.C.Pişəvərinin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edən AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Cənubi Azərbaycan şöbəsinin müdiri Əkrəm Rəhimli bildirdi ki, XX əsr o taylı-bu taylı Azərbaycan xalqının azadlıq uğrunda mücadilə tarixinə bir sıra görkəmli siyasi xadimlər bəxş еtmişdir. Onların hər biri öz əməlləri ilə tariximizdə əbədi yaşar insanlardır.

Onlardan biri də Güney Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı, inqilabçı-demokrat Seyid Cəfər Pişəvəridir. S.C.Pişəvəri təkcə Azərbaycan üçün yox, bütün Iranın azadlıq və qurtuluşu üçün ağır mübarizə yolunu fədakarcasına kеçmiş bir şəxs olmuşdur. Azərbaycan Demokrat Firqəsinin rəhbəri Seyid Cəfər Pişəvəri 1892-ci ildə Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində yoxsul kəndli ailəsində anadan olub. 1905-ci ildə Bakı şəhərinə mühacirət edib. Bakının Bülbülə kəndində təhsilini davam etdirib. 1913-cü ildən 1917-ci ilə qədər Xırdalan qəsəbəsində müəllimlik edib. Bakıda nəşr olunan "Açıq söz" qəzetində məqalələrlə çıxış edib. 1918-ci ildən "Azərbaycan Cüzilayənfəki-İran" qəzetində əməkdaşlıq edir, İran xalqlarının ağır vəziyyətini aradan qaldırmaq üçün mübarizə yollarını göstərən siyasi məqalələrlə çıxış edir.
Onun 1941-1945-ci illərdə Iranın və Günеy Azərbaycanın xalq hərəkatında unudulmaz və yadda qalan xidmətləri Iranın müasir dеmokratik ictimaiyyəti və xüsusən gəncliyi tərəfindən bu gün də еhtiramla yad еdilir. Günеy Azərbaycanda milli-dеmokratik hərəkatların zirvəsi sayılan «21 Azər» inqilabı, Azərbaycan Milli hökuməti S.C.Pişəvərinin adı ilə sıx bağlıdır. 1946-cı ilin dekabrında mühacirət etmiş Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəlib. Onlar Azərbaycanın 34 rayon və şəhərində yerləşdirilib.İrandan gələn mühacirlərin yerləşdirilməsi ilə məşğul olan Peşəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasına düşür və xəstəxanada da müəammalı şəkildə vəfat edir. Onun həyatı, azadlıq yolunda göstərdiyi mətanət və dözüm sonrakı nəsillər üçün örnək olaraq qalır.

Tədbirdə BDU-nun dosenti Pərvanə Məmmdəlinin “S.C.Pişəvərinin jurnalistik fəaliyyəti haqqında”, prof. Vüqar Əhmədin “S.C.Pişəvərinin ədəbi yaradıcılığı”, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının “S.C.Pişəvəri Azərbaycan və İran tarixşünaslığında” elmi məruzələri dinləndi.

MDHP - Güney Azerbaycan Departamentinin sədri Əlirza Amanbəyli öz çıxışında bildirdi ki,"Güney Azərbaycanda bir ailə tapmaq olmaz ki,o ailədə Pişəvəri haqda məlumatı olmasın" ona görə ki,Seyid Cəfər Pişəvərinin qurduğu milli hökümət bir il ərzində Güney Azərbaycanda bütün sahələrdə böyük islahatlar aparmış və xalqın milli və iqtisadi istəkləri tam olaraq təmin olunmuşdur.Milli hökümətin xəyanətlər nəticəsində məğlubiyyətə uğraması və Fars rejiminin cəladları tərəfindən minlərlə güney Azərbaycan türkünün qətliam edilməsi 150 min nəfərə yaxın milli hökümət tərəfdarları İranın ən pis bölgələrinə,Sibirə,Qazaxistana,sürgün edilməsi hələdə azərbaycan Türklərinin qan yadaşından silinməyib.Seyid Cəfər Pişəvərinin davamçıları bügündə mübarizə meydanındadırlar bu mübarizə Azərbaycan birləşənə qədər davam edəcək.Biz Milli Dirçəliş Hərkatı Partiyası olaraq bu istiqamətdə bir çox departamentlərimiz var .MDHP sədri millət vəkili Fərəc Quliyevin bu istiqamətdə işlərinə toxundu. Qeyd edək ki, tədbirdə MDHP sədri Millət vəkili Fərəc Quliyev, MDHP Qərbi Azərbaycan departamenin sədri və bəzi üzvləri,MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli və bəzi üzvləri, iştirak edirdilər.

Konfransda çıxış edən bütün iştirakçıların yekdil fikri olmuşdur ki, xalqın iradəsi ilə yaradılan Azərbaycan Milli Höküməti dövründə ölkədə misli görünməmiş əmin-amanlıq, bu vaxta qədər həyata keçirilməmiş, yaxud həyata keçirilməsinə cəhd olunmamış qanunçuluq hökm sürürdü. Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Vətənimizin Güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər Güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.
Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə elmi-praktik konfrans keçirildi
Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə elmi-praktik konfrans keçirildi
Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə elmi-praktik konfrans keçirildi
Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə elmi-praktik konfrans keçirildi
Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə elmi-praktik konfrans keçirildi
Bu xəbər oxucular tərəfindən 1657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed