Şrift:
Kanada Parlamentində Xocalı qətliamı ilə bağlı bəyanat səsləndirilib
07.06.2012 [02:13] - Diaspor
Kanada Federal Parlamentinin və hakim Mühafizəkarlar Patiyasının üzvü cənab Ed Holder parlamentin İcmalar Palatasının iclası zamanı Xocalı qətliamı ilə bağlı bəyanat səsləndirib.

Bəyanatda 20 il öncə Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli hadisənin - Xocalı qətliamının Kanadada xatırlandığı qeyd olunub.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed