Şrift:
Bəşşar Əsəd Rusiyaya səfər edib və Soçidə Vladimir Putinlə görüşüb
21.11.2017 [10:35] - Gündəm, Siyasət
Suriya rəhbəri Bəşşar Əsəd Rusiyaya səfər edib.
O Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Məlumata görə, Putinlə Əsəd arasında görüş ümumilikdə 4 saat davam edib.
Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani Suryadakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək.
Xatırladaq ki, Vladimir Putinlə Bəşşar Əsəd sonuncu dəfə 2015-ci il oktyabrın 21-də Moskvada görüşüblər.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed