Şrift:
Azərbaycanda xarici ölkələr tərəfindən 119 məscid tikilib və ya əsaslı təmir olunub
07.06.2012 [10:58] - Xəbərlər
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov deyib.
O bildirib ki, ölkəmizin ərazisində məscidlərdə tikinti və təmir işləri xarici dövlətlərə məxsus təşkilatlar tərəfindən aparılıb:
“Bu siyahıya Küveyt liderlik edir. Belə ki, bu ölkə Azərbaycanda 73 məscid inşa edib. Xarici ölkələr tərəfindən məscidlərin 23-ü Türkiyə Respublikası, 17- Səudiyyə Ərəbistanı, 1-i İran İslam Respublikası, 1-i Qətər dövləti, 1-i Yəmən Ərəb Respublikası, 3-ü isə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən inşa və ya təmir edilib”.
S.Aslanov bu məscidlərdə həm yerli, həm də xarici ölkələrdən ölkəmizə gələn müsəlmanların ibadət etdiklərini bildirib.

Mirvari Kamilqızı

P.S. Məscid Azərbaycanındır və müsəlman ölkə olaraq olması önəmli. Amma ən əsas olanı məscidin içindəki mollanın sağlam dinə, millətə, vətənə xidmət etməsidir. Biri nurçu-fətullahçıya, biri vəhhabiyə, biri fars mollasına xidmət edəcəksə, həmin məscidlərdə dövlətçiliyimiz naminə ciddi təmizliyə ehtiyac var!
Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed