Şrift:
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin bütün istiqamətlərində döyüş davam edir
07.06.2012 [11:53] - Gündəm, Hərb
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bütün istiqamətlərdə atəşkəs pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 6-sı saat 08.00-dan bu gün səhərədək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar.
Atışmalar intensiv xarakter alıb və daha çox Qazax, Füzuli, Gədəbəy, Tovuz, Tərtər, Ağdam, Goranboy, Xocavənd, Cəbrayıl, Ağstafa istiqamətlərində qeydə alınıb. Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 1485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed