Şrift:
Urmiyə sakini həyat yoldaşını odlu silahla qətlə yetirib
21.11.2017 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyədə gənc bir kişi həyat yoldaşını qaynatasının gözü qarşısında odlu silahla qətlə yetirib.

Bu barədə Urmiyə Polis İdarəsinin rəisi polkovnik Səmədpur Gənc Jurnalistlər Klubuna məlumat verib.

“Bir az öncə narkoman bir kişi 4 güllə vuraraq həyat yoldaşını öldürüb. Qətl hadisəsi ailə münaqişəsi zəminində baş verib, müttəhim narkotik aludəçisi olub. O 34 yaşlı həyat yoldaşını qaynatasının gözü qarşısında güllələyib”- deyə polis rəisi bildirib.

Onun sözlərinə görə, müttəhim hadisə yerindən qaçıb, o polis tərəfindən axtarılır.

Qətl hadisəsi Urmiyənin “Danişqah” Şəhərciyində baş verib.

Güney Azərbaycanda yoxsulluq, ümidsizlik, depressiya, narkomaniya, ailədaxili münaqişələr və nəticə etibarı ilə bir çox cinayətlər, ictimaiyyətin əsas problemləri sayılır. Bu problemlərin əksəriyyətinin səbəbi ictimai və fərdi azadlıqların rejim tərəfindən məhdudlaşdırılması və bölgəni bürüyən iqtisadi böhrandır.

N.S
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed