Şrift:
“Traxtur”-“Sepahan” görüşünün son nəticəsi məlum oldu
21.11.2017 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsfahanın “Nəqş-i Cahan” stadionunda bu şəhərin “Sepahan” komandası ilə Təbrizin “Traxtur” takımı arasında keçirilən görüş bu dəqiqələrdə ev sahibinin xeyirinə sona çatıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 12-ci həftəsində keçikrilən görüş yerli vaxtla saat 14:45-də başlayıb. Qarşılıqlı hücumlarla keçən oyun 3:0 hesabı ilə “Sepahan”ın xeyirinə nəticələnib.

“Sepahan” tərəfindən 5 və 50-ci dəqiqələrdə Sasan Ənsari, 84-cü dəqiqədə isə Əli Kərimi qol vurub.

“Traxtur”, 78-ci dəqiqədə Məhəmməd Nadiri oyundan xaric edildikdən sonra 10 nəfərlə oyuna davam edib.

N.S
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed