Şrift:
Zəncanın Mərkəzi Kitabxana projesi vəsaitin olmamasından dayandırılıb
21.11.2017 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rejimin Güney Azərbaycana yetəri qədər büdcə vəsaiti ayırmamasından müxtəlif əyalətlərdə bir çox inşaat projesi yarımçıq vəziyyətdə buraxılıb.

İcrası dayandırılan projelərdən biri də Zəncan Mərkəzi Kitabxanasının tikinti layihəsidir.

Bu barədə Zəncan Əyaləti Kitabxanalarının Ümumi Təşkilatının rəisi Əmirəli Nikəndiş “Mehr” xəbər agentliyinə danışıb.

“2007-2009-cu illərdə bütün əyalətlərin mərkəzi kitabxanası olmalıdır deyə qanun qəbul edilib. Bu əsasda Zəncan Əyalətində mərkəzi kitabxananın tikinti layihəsinin icrasına başlanıldı, lakin bu istiqamətdə ciddi addımlar atılmadan işlər dayandırıldı. Şübhəsiz ki, bunun səbəbi vəsaitin olmamasıdır”- deyə o bildirib.

Ə.Nikəndişin sözlərinə görə, “Zəncan Mərkəzi Kitabxana projesi bir milli və əyalət layihəsidir. Proje üçün torpaq, Əmək və Şəhərhalma İdarəsi tərəfindən Zəncan Əyaləti Kitabxanalarının Ümumi Təşkilatına hədiyyə edilib. Torpaq sahəsi 18 min 850 kvadrat metrdən ibarətdir. Torpaq olsa da, büdcə vəsaiti olmamasından proje yarımçıq vəziyyətdə buraxılıb.”

Zəncan Əyaləti Kitabxanalarının Ümumi Təşkilatının rəisi vurğulayıb ki, “bu kitabxananın olması əyalət üçün olduqca vacibdir. Lakin projenin icrası üçün vəsait olmadığı üçün hazırda onun özəl sektora buraxılması məsələsinə baxılır.”

Güney Azərbaycanda əyalətlərə dövlət tərəfindən büdcə vəsaitinin yetəri qədər ayrılmamasını bütün sahələrdə hiss etmək mümkündür. Məhz bu səbəbdən bölgədə ətraf mühit problemi günü-gündən böyüyür və dünyanın ikinci şor gölü olan Urmu gölü coğrafiyadan silinmək üzrədir. Sənaye və İstehsal müəssisələrinin ardıcıl bağlanması, yoxsulluqdan şəhər və kəndlərin əhalidən boşalması, işsizlik, boşanma hallarının artması və digər ictimai problemlərin əksəriyyəti iqtisadi tənəzzül və maliyyə sıxıntıları ilə əlaqədardır.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed