Şrift:
Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər
21.11.2017 [16:00] - Gündəm, Siyasət
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyan ilə danışıqlar aparıb.
Görüş mətbuata qapalı formatda keçib.
Danışıqların gündəliyində ikitərəfli əməkdaşlıq, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB xətti ilə xarici siyasət üzrə qarşılıqlı münasibətlər, BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) çərçivəsində mövqelərin koordinasiyası məsələləri yer alıb.
Diplomatik nümayəndəliklərin rəhbərləri regionda təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed