Şrift:
Ərdoğan ABŞ-a od PÜSKÜRDÜ: “Terrorla mübarizə pərdəsi altında...”
21.11.2017 [16:05] - Gündəm, Siyasət
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın Yaxın Şərq siyasətini kəskin tənqid edib.

Türkiyə dövlət başçısı rəsmi Vaşinqtonun özünə xidmət edən hökumətlər qurmaq üçün terrorla mübarizə pərdəsi altında Yaxın Şərqdə siyasətini yeridir.
“Biz ABŞ-ın regiondakı siyasəti ilə bağlı narahatlığımızı tez-tez dilə gətiririk. İŞİD məhv olsa da, sual işarəsi qalır. Nə üçün Suriyaya silahla yüklü maşınlar gedir? Biz işin məğzini bilirik. ABŞ-ı nə terrorla mübarizə, nə dinc sakinlərin həyatı nə də demokratiya maraqlandırır. Onlar terrorla mübarizə bəhanəsi ilə Yaxın Şərqin yeni dizaynını yaradırlar”.

Ərdoğan İŞİD-in gedişindən sonra regionda yeni terror təşkilatı – YPG-nin aktivləşdiyini də əlavə edib.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed