Şrift:
İlin sonunadək ölkənin əksər məhkəmələrində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunacaq
22.11.2017 [10:15] - Gündəm
İlin sonunadək Azərbaycanın əksər məhkəmələrində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunacaq.
Bunu Azərbaycan ədliyyə nazirinin müavini Məhərrəm Əliyev "Xalq qəzeti"nə müsahibəsində deyib.
"Məhkəmə islahatlarında mühüm mərhələ olan “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə önəmli işlər görülür. Artıq yeni inşa olunmuş müasir məhkəmə binalarında bəzi komponentləri tətbiq olunan bu sistem ilin sonunadək bütün məhkəmələrin 60 faizini əhatə edəcəkdir ki, bu da ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərməklə insanlara daha əlverişli və rahat şərait yaradacaq", - deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed