Şrift:
Azərbaycanda vətəndaşların narazılığına səbəb olmuş 20 hakim işdən çıxarılıb
22.11.2017 [10:16] - Hüquq
"Hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülüb, birinci instansiya və apelyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilib, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib".
Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.
"Eyni zamanda, vakant hakim vəzifələrinə seçim prosesi davam etdirilərək mütərəqqi beynəlxalq standartlar səviyyəsində, ən şəffaf üsullarla keçirilmiş seçimdən uğur qazanmış 126 nəfər namizəd hazırda Ədliyyə Akademiyasında uzunmüddətli tədris kursu keçir. Kurs zamanı onların nəzəri bilik və peşə hazırlığına, həmçinin beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir. Bu məqsədlə cari ildə bütün namizədlər Türkiyədə iki həftəlik treninqə cəlb olunub, həmçinin Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində tədris səfərlərində olublar", - deyə nazir diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed