Şrift:
Beynəlxalq Şəhriyar Konfransı keçirilib – İstanbulda
22.11.2017 [11:17] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz
İstanbul Universitetinin Ədəbiyyat Fakültəsində Azərbaycan və türk dünyasının böyük şairi Məhəmməd Hüseyn Şəhriyara həsr edilmiş beynəlxalq konfrans keçirilib.

Təbriz və İstanbul universitetlərinin birgə təşəbbüsü ilə keçirilən konfransda Ustad Şəhriyarın yaradıcılıq fəaliyyəti və həyatı ilə bağlı çıxışlar olub.

İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin dekanı professor Həyati Dəvəli ustad şairin türk və fars dillərində olduqca dəyərli əsərlər yazdığını bildirərək bunun iki mədəniyyətin bir-birinə yaxınlaşmasına yardımçı olduğunu deyib.

Təbriz Universiteti Ədəbiyyat Fakültəsinin dekanı Məhəmməd Mehdipur isə öz çıxışı zamanı “Heydər Babaya Salam” poyemasından bir şeir oxuyaraq Ustad Şəhriyarın yaradıcılığı barədə danışıb.
“Şəhriyar hər zaman insanları mehribanlığa, birliyə və məhəbbətə dəvət edib. Onun şeirlərində insansevərlik xüsusiyyəti digər mövzulardan daha çox gözə dəyir”- deyə o şair haqqında danışarkən bildirib.

İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin müəllimlərindən olan professor Əli Güzelyüz də konfransda çıxış edənlər sırasında olub. O Ustad Şəhriyarın “Heydər Babaya Salam” poyemasından söz açaraq onun bir neçə dilə tərcümə olunduğunu bildirib.

Şəhriyar təxəllüsü ilə tanınan Məhəmmədhüseyn Behcət Təbrizi 1906-cı ildə Təbrizin Qaraçəmən elinin Xoşginab kəndində dünya göz açıb. O türk və fars dillərində şeirlər yazıb. Şairin “Heydər Babaya Salam” və “Səhəndiyyə” poemaları türk ədəbiyyatının şah əsərlərindən biridir.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed