Şrift:
Təbrizdəki Kütləvi etiraz ETTELAAT-ı təşvişə salıb
07.06.2012 [13:47] - Güney Azərbaycan xəbərləri
İki gün öncə Təbrizin Elgölü parkında Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşü, ETTELAAT-ı (İran Kəşfiyyat Nazirliyi) hərəkətə gətirdi.

Məlumata görə, ümumdünya ətraf mühiti mühafizə günü münasibəti ilə keçirilıən etiraz yürüşündən 1 gün sonra, bir neçə azərbaycanlı milli-mədəni fəal ETTELAAT tərəfindən idarəyə çağırılıb.

Çağırılan fəallar, Təbrizin mərkəzi zindanının 37-ci otağına müraciət etməlidirlər. Xatırladaq ki, 37-ci otaq ETTELAAT idarəsinin kontrolundadır.

Daha bir xəbərə görə, yürüşdən sonra Təbrizdə internetin sürəti kəskin düşüb.
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed