Şrift:
ABŞ Maliyyə Nazirliyi: “Sepah”ın “Qüds” qanadına saxta pul çap edən 4 şirkətə və 2 şəxsə sanksiya qoyub"
22.11.2017 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Maliyyə Nazirliyi noyabrın 19-da bəyanat yayaraq Yəməndə “Sepah”ın “Qüds” qanadı qüvvələrinə saxta pul çap edən 4 şirkətə və 2 şəxsə sanksiya qoyub.

Bəyanatla bağlı jurnalistlərə açıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, sözü gedən şəbəkə üzvləri, Avropa Birliyinin pul vahidlərinin çapı üçün lazım olan dəzgah və avadanlıqların ixracatına və onun köçürülməsinə qoyduğu məhdudiyyətləri pozub: “Barələrində saksiya tətbiq edilən Rza Heydəri və Mahmud Seyf adlı şəxslər, Frankfurtdakı “ForEnt Technik” və “Printing Trading Center” şirkətlərindən, eləcə də, Tehrandakı “Rayan Printing” və “Tejarat Almas Mobin” şirkətlərindən saxta əskinasların çapı üçün lazım olan avadanlıqların satın alınması üçün istifadə ediblər.

Saxta pullar (əskinaslar), 2007-ci ildə sanksiyaya məruz qoyulmuş “Sepah”ın “Qüds” qanadının qüvvələri üçün çap edilib. Çap edilən saxta Yəmən “rial”ının ümumi dəyəri yüzlərlə milyon dollara bərabərdir. Saxta əskinasların çapı, “Sepah”ın “Qüds” qanadının dünyanın sabitliyinə qarşı yönəlmiş fəaliyyətini davam etdirmək üçün, Avropa şirkətlərinə və körfəz dövlətlərinə qarşı müxtəlif səviyyələrdə işlətdiyi fırıldaqçılığın bariz nümunəsi və pik nöqtəsidir. Bu isə qəbuledilməzdir”.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed