Şrift:
Ənvər Qərqaş: “İran və “Hizbullah” bölgədə sabitliyin pozulmasının əsas səbəbkarlarıdır”
22.11.2017 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qərqaş, noyabrın 20-də öz “Twitter” səhifəsində yazı paylaşaraq İranın raket proqramının region ölkələri üçün təhlükəsindən və Orta Şərqdə sabitliyin hədəfə alınmasının fəsadlarından danışıb.

Qərqaş bildirib ki, İranın apardığı raket proqramının mahiyyətində region ölkələrinə qarşı düşmənçilik yatıb: “Bu isə Orta Şərq məntəqəsinin sabitliyinə ciddi xələl gətirəcək dağıdıcı bir vasitədir. İran raketlərinin Səudiyyə Krallığında əhalinin yaşadığı bölgələri hədəfə alması onu göstərir ki, Bu raketləri atmaqda məqsəd, regionda təxribat aparmaqdır. Ərəb Dövlətləri Liqasının yaydığı bəyanatlarda isə İranın regionun sabitliyinə qarşı yönəlmiş bu müdaxiləçi siyasəti, eləcə də onun apardığı raket proqramı və Livan “Hizbullah”ının mahiyyəti ifşa edilərək pislənib.

İranı bölgıədə təmsil edən “Hizbullah”ın isə regionda sabitliyi pozmaq barədəki rolu böyükdür. Daha doğrus, bu gün İran və “Hizbullah” bölgədə sabitliyin pozulmasının əsas səbəbkarları sayılır”.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed