Şrift:
Azərbaycanlı millət vəkilindən Urmu gölü ilə bağlı gözlənilməz açıqlama!
22.11.2017 [13:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Urmu gölü böhranı ilə bağlı gözlənilməz mövqe sərgiləyib.

O noyabrın 21-də Parlamentin Abadlaşdırma Komissiyası və Büdcə və Planlaşdırma Təşkilatının rəisinin birgə keçirdiyi iclasda bildirib ki, “dövlətin pulu yoxdur. Ona görə də Urmu gölünün canlandırılması işləri xaricilərə buraxmalıdır.”

“Bu barədə ciddi düşünmək lazımdır. Gölün canlandırılması üçün lazımi vəsait İnkişaf Fondu tərəfindən təmin olunmalıdır, ya da ki, xaricdən maliyyələşdirilməlidir. Xaricilər də bu məsələyə çox maraq göstərir. Böhranın aradan qaldırılması üçün büdcə vəsaiti yalnız dövlətin büdcəsi ilə məhdudlaşmamalıdır. Bu məsələ Urmu gölünün canlandırılması prosesində mütləq nəzərə alınmalıdır”- deyə o bildirib.

Millət vəkili həmçinin Bəyan edib ki, ötən il Urmu gölünə ayrılan büdcə vəsaiti müəyyən müddət gecikdirilsə də, sonda ödənilib.

Millət vəkilinin bu gözlənilməz fikirləri hətta dövlətin rəsmi orqanlarının açıqladığı məlumata da uyğun gəlmir. Bundan öncə Urmu Gölünü Canlandırma Mərkəzi ötən il gölə ayrılan 1800 milyard tümən məbləğdən yalnız 500 milyard, o da istiqrazlar şəkilində ödənildiyini bildirmişdir. Cari ildə isə Urmu gölü üçün ümumiyyətlə büdcə ayrılmayıb.



H.Bahaduri bəzi həmkarlarını Urmu gölü böhranını bir bölgə probleminə çevirməkdə günahlandırıb. O bildirib ki, 165 millət vəkilinin Urmu gölü ilə bağlı prezident Həsən Ruhaniyə ünvanlanan sualı imzalamaqdan imtina etməsi bu məsələnin sübutudur.

Azərbaycanlı millət vəkili İranın mərkəzi əyalətlər və fars bölgələrindəki müxtəlif projelərə ayırdığı kalan məbləğlərdən xəbəri olduğu halda belə bir mövqe sərgiləməsi bir çoxlarını təəccübləndirib. O hətta millət vəkillərinin ölkə prezidenti Həsən Ruhaniyə sual ünvanlamaq üçün parlamentin sədrinə etdikləri müraciəti də imzalamayıb. Millət vəkilinin bu kimi hərəkətləri şübhəsiz ki, ona səs verən insanlarda məhyusluq yaradıb.

Urmu gölündə isə böhran getdikcə dərinləşir. Hətta Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmiləri də bunu etiraf edir. Mərkəz rəsmilərinin sözlərinə görə, göldə suyun səviyyəsinin aşağı düşməsi prosesi davam edir, gölün sulu sahəsi 90 faizdən çox kiçilib. İran rejimi isə uzun illərdir gölün bərpası ilə bağlı müxtəlif vədlər verir, lakin günümüzə qədər heç bir əməli addım atılmayıb.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed