Şrift:
Şərqi Azərbaycan: Miyana kəndlərinin acınacaqlı vəziyyətini əks etdirən Video
22.11.2017 [13:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Əyalətinin Miyana şəhərinə bağlı kəndlərin böyük əksəriyyəti acınacaqlı vəziyyətdədir.

Kəndlərin əksəriyyəti təmiz içməli su, səhiyyə, təhsil, telefon, yol və s. kimi imkanlardan məhrum vəziyyətdədir, bəzi kəndlərdə isə bu imkanlar olduqca məhduddur. Hətta Miyana şəhərinin bir neçə kilometrliyində yerləşən bəzi kəndlərdə içməli su problemi yaşanır, onlara səhiyyə xidməti göstərilmir.

Bu zəmində hökumətə bağlı xəbər agentliklərinin birinin “Surnaköhül” adlı bir kənddən hazırladığı video-reportajı izləyə bilərsiniz. Bu kənd Miyana şəhərinin 20 kilometrliyində yerləşir. Video GünAz TV izləyicilərindən biri tərəfindən göndərilib.



Miyana kəndlərinin əksəriyyəti, o cümlədən Əli-Qışlaq, Cəhəndiz, Fərahiyyə və s. Surnaköhül kimi acınacaqlı vəziyyətdədir. Rejimin diqqətindən kənarda qalan Miyana kəndlərinin əksər əhalisi əkinçilik və heyvandarlıq kimi işlərini buraxıb şəhərlərə üz tuturlar. Onlar köçdükləri şəhərlərin həndəvərində məskunlaşır, fəhləlik, səyyar satıcılıq və s. kimi işlərlə məşğul olurlar. Kənd əhalisi arasında hətta şəhərə köçməyə imkanı olmayan ailələr də tapılır. Onlar əhalisi az qalmış kəndlərdə yoxsul və bütün imkanlardan məhrum vəziyyətdə yaşayır.

Miyana Şərqi Azərbaycan Əyalətinin böyük şəhərlərindən biridir. Bu şəhər 2014-cü ildə buğda, düyü və ət istehsalı üzrə əyalətin birinci şəhəri olub.
Bu xəbər oxucular tərəfindən 139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed