Şrift:
Ərdoğan: "Türkiyə, Rusiya və İran bütün sahələrdə əlaqələrini inkişaf etdirməlidirlər"
23.11.2017 [10:22] - Siyasət
Türkiyə, Rusiya və İran bütün sahələrdə əlaqələrini inkişaf etdirməlidirlər.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İran dövlət başçıları ilə görüşdən sonra bildirib.

“Biz ümumi fikirlərə gəldik ki, bütün sahələrdə əlaqələrimizi inkişaf etdirməliyik”, deyə Ərdoğan vurğulayıb.

O həmçinin qeyd edib ki, görüşdə Suriya xalqının iradəsi ilə bu ölkədə irimiqyaslı, azad və ədalətli siyasi prosesə dəstək göstərilməsinə dair razılığa gəlinib.

Qeyd edək ki, bu gün Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüş Suriya probleminə həsr olunub.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed