Şrift:
“Sepah”ın daha 3 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib
23.11.2017 [11:14] - Güney Azərbaycan-Təbriz
“Sepah”ın Suriyada həlak olmuş daha 3 iranlı muzdlusunun (Gülağa Hüseyni, Murtuza Hüseyni və Salman Rəhimi) cənazələri ölkəyə gətirilib.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”çılar, bir neçə gün əvvəl bu ölkənin “Əlbu Kəmal” məntəqəsində baş verən qarşıdurmalarda həlak olub. Hər üç “Sepah”çının cənazələri ölkəyə gətirilib. Onların noyabrın 23-də İranın Məşhəd şəhərində torpağa tapşırılacağı bildirilir.

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed