Şrift:
"Qarabağ" -"Çelsi" görüşündə “Traxtur” loqosu qaldırıldı – Bakıda
23.11.2017 [14:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 22-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” öz meydanında İngiltərənin “Çelsi”ni qəbul edib.

Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmanı 67100 tamaşaçı izləyib.

Məlumata görə, stadionda Güney Azərbaycanın “Traxtur” futbol komandasının loqosu qaldırılıb, bəzi futbol tamaşaçıları milli şüarlar səsləndiriblər.

Bu görüşdə Azərbaycan komandası 0:4 hesabı ilə uduzub.

Qurban Qurbanovun komandası ÇL-in qrup mərhələsində sonuncu oyununu səfərdə "Roma"ya qarşı keçirəcək.

Xatırladaq ki, “Traxtur” tərəfdarları doğma komandalarının keçirdiyi görüşlərin əksəriyyətində Dağlıq Qarabağ, Xocalı soyqırımı və Azərbaycan Respublikasına dəstək verən şüarlar səsləndirir, üzərinə milli şüarlar yazılmış plakatlar qaldırırlar.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed