Şrift:
Bir şəklin tarixçəsi - Prezident olmaq istəməyən prezident - FOTO+VİDEO
07.06.2012 [17:33] - Siyasət
Bu gün Əbülfəz Elçibəyin Azərbaycan Respublikasının prezidenti seçilməsindən 20 il ötür. 1992-ci ilin 7iyununda Ə.Elçibəy seçicilərin 59.4 faizinin səsini qazanaraq prezident seçilib.

Ancaq o dövrü yaxşı xatırlayanlar bilir ki, Ə.Elçibəy heç də prezident olmaq istəmirdi. O, yeni müstəqillik qazanmış, müharibə gedən bir ölkədə bütün siyasi qüvvələrin təmsil olunduğu “Milli Etimad Höküməti” qurulması ideyasını irəli sürmüşdü. Hətta 1992-ci ilin martında parlamentdə çıxışı zamanı prezident seçkisinə qarşı çıxaraq “Prezident seçməyə tələsirsiniz, seçin. Üç aydan sonra seçəcəyiniz prezidenti bir ildən sonra devirəcəksiniz” demişdi.

Hər şey Elçibəyin az qala zərgər dəqiqliyi ilə dediyi kimi oldu: Üç aydan (7 iyun 1992-də) prezident seçilən Elçibəy tam bir il sonra (4 iyun 1993-cü ildə) devrildi...

Aşağıdakı videoda Ə.Elçibəy prezident kimi and içir:

Bu xəbər oxucular tərəfindən 2116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed