Şrift:
"Şəhid xəbərləri bizi üzür və işğalçı Ermənistanı lənətləyirik”
07.06.2012 [17:54] - Sosial
Bu günlərdə Türkiyədən aldığımız şəhid xəbərlərindən sonra dost və qardaş Azərbaycanın 5 əsgərinin ermənilər tərəfindən şəhid edilməsi xəbəri bizi üzür.

Bu sözləri Türkiyə Parlamentinin deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, Sinan Oğan bildirib: “Ulu öndərimiz Mustafa Kamal Atatürkün “Azərbaycanı sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə yola çıxaraq qardaş Azərbaycanımızın kədərini paylaşırıq. Bu bir daha onu göstərir ki, hörmətli prezident Abdulla Gülün bir müddət bundan öncə San-Fransiscodan geri qayıdarkən jurnalistlərə “erməni açılı ölmədi” sözlərini təkrarını düşünməsini istəyirik. İnanırıq ki, İğdıra gələcək prezindet belə açıqlamalar verməyəcək”-deyə, Sinan Oğan bildirib.
Sinan Oğan TBMM-nin bu günkü iclasında Ermənistanın bu siyasətini sərt şəkildə təndiq etdiyini qeyd edib:“Ermənistanın işğalçılıq siyasətinə son qoyulmayana qədər sərhədlərin açılması mümkün deyil. Bu gün Ermənistanın Azərbaycanın üzərinə hücuma keçməsi, bir daha onu göstərir ki, Ermənistan təcazvükar və işğalçı dövlətdir, üstəlik bu addımlarını dayandırmaq fikri yoxdur”-deyə,millət vəkili vurğulayıb.

Elnur Eltürk/Vətəninfo/
Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed