Şrift:
Ötən ay Azərbaycanda 384 partlamamış hərbi sursat və 37 mina aşkar edilərək zərərsizləşdirilib
08.06.2012 [10:53] - Hadisə
2012-ci ilin may ayı ərzində 2,744,840 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
384 PHS və 29 ədəd piyada və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 192,992,811 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 671,788-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, , Füzuli, Gəncə, Gədəbəy, Göygöl, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
2012-ci ilin may ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 1028 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed