Şrift:
Son 17 il ərzində Aralıq dənizi ilə Avropaya keçməyə cəhd göstərərkən azı 33 min miqrant ölüb
25.11.2017 [10:11] - Gündəm, Hadisə
2000-2017-ci illər ərazində Aralıq dənizi vasitəsi ilə Avropaya keçməyə cəhd göstərərkən azı 33 761 nəfər həlak olub.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilir.

Qeyd olunur ki, hesabat tapılan cəsədlərin və şahidlərin ifadələri əsasında tərtib olunub. Təşkilat Aralıq dənizi marşrutunu "dünyada ən ölümsaçan" adlandırıb və qeyd edib ki, həlak olanların real sayı daha çox ola bilər.

Təşkilatın məlumatına əsasən, 1970-ci ildən bu günə qədər qeyri-qanuni yol ilə Aralıq dənizindən 2,5 milyon insan keçib.
Bu xəbər oxucular tərəfindən 219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed