Şrift:
London metrosunda baş verən insident zamanı 15 nəfər xəsarət alıb
25.11.2017 [10:20] - Gündəm, Hadisə
Londonda "Oxford Circus" metro stansiyasında baş verən insident zamanı azı 15 nəfər xəsarət alıb.

Bu barədə Londonub təcili tibbi yardım xidmətinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Biz insident zamanı xəsarət alan 7 nəfər hadisə yerində yardım göstərdik, 8 nəfəri isə xəstəxanaya yerləşdirdik".

Qeyd edək ki, London polisimə ötən gün yerli vaxtla saat 16:37-də "Oxford Circus" metro stansiyasında atışma baş verdiyi barədə məlumat daxil olmuşdu. Daha sonra London polisi atışmanın olmadığını bildirmişdi. İnsanların isə metro stansiyasında təxliyə aparılarkən xəsarət aldıqları bildirilir.
Bu xəbər oxucular tərəfindən 261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed