Şrift:
"NATO ilə Azərbaycan arasında səmimi münasibətlər var" AÇIQLAMA
25.11.2017 [13:16] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
"NATO ilə Azərbaycan arasında səmimi münasibətlər tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir". Bunu SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın NATO tərkibində Əfqanıstanda fəaliyyət göstərməsi, Qərb dəyərlərinə üstünlük verməsi NATO-da Azərbaycan haqqında oturuşmuş bir imic formalaşdırıb: "NATO Azərbaycanla münasibətlərin çox yüksək səviyyədə qalmasının tərəfdarıdır".

Qərb ölkələrinin Azərbaycan - NATO, Azərbaycan - ABŞ, Azərbaycan - Aİ münasibətlərini pozmaq istədiyini deyən deputat söyləyib ki, amma göründüyü kimi, hər iki tərəf sayıqdır, səmimi münasibətlər qorunur, Azərbaycana böyük etimad göstərilir.

Dövlət başçısının Brüssel səfərinə toxunan F. Quliyev ölkə başçısının həm NATO-nun Şimali Atlantika Şurasının iclasında, həm də " Şərq Tərəfdaşlığı" sammitində iştirakını yüksək qiymətləndirib: "Prezident İlham Əliyevin sözügüdən tədbirlərdə iştirak etməsi onun dövlət başçısı kimi yüksək nüfuza malik olduğunu göstərir".

Müəllif: Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 234 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed