Şrift:
İran rejimi daha bir azərbaycanlı fəalın elmi planını pozdu
08.06.2012 [11:59] - Güney Azərbaycan xəbərləri
Azərbaycan türk milləti arasında Milli Hərəkat gücləndikcə, İran rejiminin milli-mədəni fəallara qarşı təzyiqi də artır.Son məlumata görə, bu günə qədər dəfələrlə təzyiqlərə məruz qalan azərbaycanlı fəal Ümid Turi Azərbaycan universitetindən uzaqlaşdırılıb və ona iki gün öncə deyilib ki, artıq universitet mühitinə daxil ola bilməz.Universitetin təhlükəsizlik bölümü adını çəkdiyimiz öyrəncinin özü və ailəsini təhdid də edib.Qeyd edək ki, milli şüur azərbaycanlı öyrəncilər arasında durmadan artır. Rejim isə gələcəyə elmi planları olan öyrənciləri, onların planlarını pozmaq və təhsildən məhrum etməklə bağlı təhdid edir və yeri gələndə bu məkrli siyasəti həyata da keçirir. ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) bu siyasəti bütün universitetlərə hakim kəsilib.
Bu xəbər oxucular tərəfindən 1227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed