Şrift:
Səhənd stadionunda milli şüarlar səsləndirilib – Təbrizdə
27.11.2017 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 25-də Təbrizin “Traxtur” futbol komandası Rəştin “Sepidrud” takımını səhənd stadionunda qəbul edib, “Traxtur” tərəfdarları oyun boyu milli şüarlar səsləndirib.

İran üzrə futbol klublarının super liqa yarışlarının 13-cü həftəsində keçirilən görüş 2:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

“Traxtur” tərəfindən 11-ci dəqiqədə Fərzad Hatəmi və 20-ci dəqiqədə Məhəmmədrza Mehdizadə qol vurublar. “Sepidrud” tərəfindən vurulan tək qol isə 39-cu dəqiqədə Hüseyn İbrahimi tərəfindən vurulub.

Bu oyunda “Traxtur” oyunçusu Məhəməd İbrahimi, Futbol Federasiyası meydana çıxmasına müvəqqəti qadağa qoyduğu Mehdi Kiyanini əvəz edərək kapitan rolunda çıxış edib.

Stadionda təxminən 5 min nəfər tamaşaçı qismində iştirak edib, onlar oyun boyu “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” kimi milli şüarlar səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 442 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed