Şrift:
Gürcü politoloqlar: Ermənilər Gürcüstan hökumətini aldadıblar
27.11.2017 [15:40] - Gündəm, Siyasət
“Tbilisinin mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası” adından foto sərginin açılması yolverilməzdir”.
Bunu açıqlamasında politoloq, tarixçi alim Quram Marxuliya bildirib.
O deyib ki, ermənilərin bu addımı Gürcüstana qarşı təxribatdır: “Ona görə ki, separatizmdən əziyyət çəkən Gürcüstan hökuməti belə bir tədbirin təşkilinə icazə verməz. Görünür ermənilər bu dəfə də Tbilisidəki məmurları aldadıblar”.
Politoloqun sözlərinə görə, heç bir dövlət tərəfindən tanınmayan, qondarma respublikaların bu cür addımlarının qarşısı alınmalıdır.
Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin professoru, politoloq Badri Natçkebia isə bildirib ki, ermənilərin tanınmamış, qondarma respublika adından bu cür sərgi təşkil etməsi düzgün deyil: “Biz erməni rəssamların sərgisinin açılacağı barədə məlumat almışdıq. Amma orada qondarma “Dağlıq Qarabağ Respublikası” adından sərgi açmaq heç bir etikaya və siyasi əxlaqa sığmır”.
Xatırladaq ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed