Şrift:
Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının ilkin proqramı açıqlanıb
27.11.2017 [15:50] - İdman
2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının ilkin proqramı açıqlanıb. Paytaxtımızda baş tutacaq yarış 10 idman növü üzrə təşkil ediləcək.

Belə ki, Bakıda bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol növləri üzrə yarışların baş tutacağı dəqiqdi. 10-cu idman növü isə gələn ilin martında dəqiqləşəcək.

Yarışda ümumilikdə 4000-dən artıq atletin iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə noyabrın 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə imzalanıb.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed