Şrift:
İran və Çin prezidentləri görüşüb
08.06.2012 [15:00] - Güney Azərbaycan xəbərləri
İki liderin Suriya məsələsini də müzakirə etdiyi ehtimal edilir


İran prezidenti Mahmud Əhmədinejad Çinə səfəri çərçivəsində bu ölkənin prezidenti HuTzintao ilə görüşüb. İki lider arasında müzakirə edilən mövzular açıqlanmasa da, İranın nüvə proqramının və Suriya münaqişəsinin əsas müzakirə obyekti olduğu ehtimal edilir.

Qeyd edək ki, Çin İranın nüvə proqramına qarşı çıxan ölkələr sırasında olsa da, bu problemin həlli kimi güc tətbiqini qəbul etmir. Çin Suriya məsələsində də İranla eyni mövqedədir və bir neçə dəfə BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya qarşı qətnamələrinə veto qoyaraq, bu ölkəyə hərbi müdaxilə edilməsinə qarşı çıxıb.
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed