Şrift:
“Yuğ”çular və Orxan Fikrətoğlu qeyri-adi əsərlə tamaşaçılarla görüşəcəklər
29.11.2017 [11:14] - Afişa
Dekabr 3-ü Yuğ Dövlət Teatrında Orxan Fikrətoğlunun "İtki" və bir neçə hekayəsi əsasında hazırlanan "Fəna" tamaşası nümayiş etdiriləcək.

Tamaşa teatrın köhnə binasında hazırlanıb və oynanılıb. Yuğ Teatrı Kukla teatrının binasında müvəqqəti məskunlaşandan sonra tamaşa yenidən bərpa olunub.
Süjet xətti belədir: "Özünü" itirmiş bir kişi birdən-birə bunun fərqinə varır. Xanımı və dostu ilə bunun necə baş verdiyini araşdırmağa çalışır. Sonradan məlum olur ki, sən demə, onlar da "özlərini" itiriblərmiş.

Çox çək-çevirdən sonra hər üçü öz fitrətlərini insan surətində görüb "özlərinə" qayıdırlar. Tamaşanı səhnələşdirən, quruluşçu rejissor və plastik həll Mir Sahib Ağazadə.
Rəssam Əməkdar Rəssam Rəşid Şerif. Musiqi tərtibatı Mir Sahib Ağazadə, İffət Əsgərov və Amid Qasımov. Janrı "bir nəfəslik mərifət oyunu" kimi təqdim olunan tamaşada Türkiyənin məhşur dj-i, rok-caz musiqisi ilə mistik-irfani musiqiləri sintez edən Mərcan Dədənin musiqilərindən istifadə olunmuşdur. Tamaşanın xronometrajı 1 saatdır.

Tamaşada aktyorlar Qasım Nağı (Kişi), Natəvan Qeybani (Qadın), Oktay Mehtiyev (Dost), Novruz Novruzlu (Fitrət) iştirak edir.

Elmin Nuri
Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed