Şrift:
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilə bilər
30.11.2017 [11:06] - Mədəniyyət
Dekabrın 4-dən 9-dək Cənubi Koreyanın Çecudo adasında Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclası keçiriləcək. İclas iştirakçıları populyar adətlərin və yaradıcılıq formalarının - ənənəvi mahnı, mərasim və bayramların UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 34 yeni sifarişi müzakirə edəcəklər.

Azərbaycan həmin sessiyada milli dolma xörəyinin hazırlanması reseptinin bu Siyahıya daxil edilməsi barədə müraciət edib.

Qazaxıstan Qeyri-Maddi Mədəni İrs Siyahısına ənənəvi “Aşıq-aşıq” oyununun daxil olunmasını, Qırğızıstan isə at belində “Çövkən” folklor oyununun əbədiləşdirilməsini təklif edir. Tacikistan bu ölkənin populyar “Fələk” milli mahnılarını, Türkmənistan isə qədim “Küştdepdi” rəqsinin həmin Siyahıya daxil olunmasını istəyir.

Qeyri-Maddi Mədəni İrs Siyahısına nəsildən-nəslə keçən adətlər və yaradıcılıq formaları - şifahi ənənələr, ifaçılıq sənəti, sosial tədbirlər, bayram və mərasim adətləri, biliklər və təbiətlə, kainatla bağlı təsəvvürlər, habelə ənənəvi xalq sənəti texnikası daxil edilir.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed