Şrift:
Qırğızıstanla Rusiya arasında əməkdaşlığın daha da möhkəmlənməsi məsələləri müzakirə edilib
30.11.2017 [11:11] - Siyasət
Qırğızıstanın yeni Prezidenti Sooronbay Jeenbekov dövlət başçısı kimi ilk səfərini Rusiya Federasiyasına edib.

Rusiya Prezidenti Vladimir Putinin Sooronbay Jeenbekovla görüşündə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

V.Putin S.Jeenbekovu Qırğızıstan Prezidenti seçilməsi münasibətilə təbrik edərək bildirib ki, onun ilk səfərini Rusiyaya etməsi çox xoşdur. İkitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə etmək üçün görüşdən məmnun olduğunu bildirən V.Putin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Qırğızıstan Prezidenti görüşdə Vladimir Putinə birinci dərəcəli “Manas” ordenini təqdim edib.

Rusiyanın Baş naziri Dmitri Medvedevin Sooronbay Jeenbekovla görüşündə isə ölkələr arasında ticarət-iqtisadi, sərmayə qoyuluşu, mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed