Şrift:
“Sepah”ın Suriyada öldürülmüş daha 6 döyüşçüsünün cənazəsi İrana gətirilib
30.11.2017 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın Suriya savaşında öldürülmüş daha 6 döyüşçüsünün cənazəsi İrana gətirilib.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının döyüşçüləri, Mehdi Əmiri, Arif Rzayi, Əli Şərifi, Əli Əsğər Məqsudi və Əbdülxaliq Həsəni, iki həftə əvvəl bu ölkədə müxaliflərə qarşı keçirilən hərbi əməliyyatda öldürülüb. Onların Suriyanın konkret hansı bölgəsində öldürüldüyü mediaya açıqlanmayıb.

“Sepah”ın həmçinin daha bir döyüşçüsü Nəvid Səfərinin də cənazəsi ölkəyə gətirilib. Hər 6 “Sepah”çının bu gün və ya sabah İranın Qum və Tehran şəhərlərində torpağa tapşırılacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed